27 avqust 2015 14:40
Stefanos Kotsolis: Qəbələyə hörmətlə yanaşmalıyıq
Yunanıstanın "Panatinaikos" klubunun qapıçısı Stefanos Kotsolis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün çox vacib matçdır. Çünki qarşılaşma Avroliqanın qrup mərhələsinə hansı komandanın adlayacağına aydınlıq gətirəcək. Əlbəttə, rəqib avrokubokların daimi iştirakçısı deyil. Amma biz "Qəbələ"yə hörmətlə yanaşmalıyıq. Matça maksimum yaxşı köklənməliyik ki, qrup mərhələsinə vəsiqəni təmin edə bilək".
