27 avqust 2015 14:20

Böyükağa Hacıyev: Yanq Boyz Bakıda 2 qol vurmağa qadir komandadır

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində şanslarını qiymətləndirib.

- İki klubumuz qrup mərhələsinin bir addımlığındadır. Onların cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz?
- Hər iki klub avrokuboklarda uğurlu çıxış edir. Komandalarımızın qələbə qazanması bizləri çox sevindirir. Pley-off mərhələsinin cavab görüşlərində də onlara uğur diləyirik. Ümid edirik, hər iki klubumuz mübarizəni davam etdirəcək. "Qarabağ"la "Qəbələ"nin gözəl şansları var. Bu fürsətdən istifadə etmək lazımdır.

- Yunanıstanda "Qəbələ"nin şanslarını yüksək hesab etmək olar?
- Şanslar bərabərdir. Bakıda komandamız yaxşı oynadı. Müəyyən mənada qol da vura bilərdi. Səfərdə qol vurmaq vacib olacaq. Buna görə görüləcək iş daha çoxdur. "Panatinaikos"un əsl gücünü Afinada izləyəcəyik. Bu komanda yaxşı heyətə malikdir. Təcrübələri çoxdur. Futbolçuları fiziki cəhətdən daha hazırlıqlıdır. Bakıdakı oyunun son 15 dəqiqəsində pressinq tətbiq etdilər, nəticədə bizim üçün həyəcanlı anların şahidi olduq. Bununla belə Qəbələ təmsilçisinin taleyi öz əlindədir.

- Cavid Hüseynovun yoxluğu komandanın oyununda hiss olunur?
- Əlbəttə hiss olunur. Baş məşqçi oyunu Cavidin üzərində qururdu. Onun yoxluğu komandaya təsir edir. Üstəlik, məlum hadisələr komandanın psixoloji baxımdan hazır olmasında çətinlik yaradır. Ümid edirik, bu çətinlikdən komanda uğurla çıxacaq. Səfərdə oynamaq çətin olsa belə, mümkündür. Unutmayaq ki, "Qəbələ" qrupa düşməsə belə ümumi olaraq yaxşı nəticə göstərdi. Yunanlar isə qrupa düşməsələr, bunu özlərinə bağışlamayacaqlar.

- "Qarabağ"ın səfərdəki görüşü haqda nə deyə bilərsiniz?
- Azərbaycan çempionu cari mövsüm ən yaxşı oyununu keçirdi. Düzgün taktika seçmişdilər. Almeydanın qolu vaxtında vuruldu. Rəqib çaşqınlıq içində idi. "Qarabağ" layiqli qələbə qazandı. Bu komanda doğma meydanda uğurun davamını gətirməlidir. Hər şey özündən asılıdır. İsveçrə təmsilçisi Bakıda maksimum oyununu göstərməyə çalışacaq. Buna imkan verilməməlidir.

- Əksəriyyət elə düşünür ki, Ağdam təmsilçisi səfərdə daha yaxşı mübarizə sərgiləyir...
- Hər bir komanda üçün doğma meydanda oynamaq çətindir. Azarkeşlərin qarşısında çıxış etmək asan deyil. Doğma meydanda komanda təzyiq hiss edir. Ona görə hər zaman belə olub. Səfərdə sanki rahatlıq olur. İndiki halda Reynaldo hələ tam formasını bərpa etməyib. Ötən illə müqayisədə futbolçuda istək azdır. Həm də Leroy Corcun yeri görünür. Bununla belə baş məşqçi komandanı yaxşı tanıyır və ona güvənmək olar.

- Bakıdakı görüşdə hər şey 90 dəqiqədə həll olunmaya bilər...
- "Qarabağ" cütün taleyini əsas vaxtda həll etməyə çalışmalıdır. Əlavə olunan 30 dəqiqəyə ehtiyac olmamalıdır. Bu zaman futbolçular yorulacaq. "Yanq Boyz" Bakıda 2 qol vurmağa qadir komandadır. Sadəcə, fikrimcə, onlar qol vurmaqla oyunu penaltilərə qədər daşıyacaq. Bu halda bəxt kimin tərəfində olsa o komanda güləcək. Matçın penaltilərə qədər uzanmasını istəməzdim.

- Avroliqanın qrup mərhələsinə ilk dəfə "Neftçi" vəsiqə qazanıb. O zaman siz baş məşqçi idiniz. İndi isə artıq iki klubumuz tarixi uğuru təkrarlaya bilər...
- Deməli, qədəmlərim uğurlu olub. Hər iki komandanın qrupa düşməsini istəyirəm. Heç olmasa, qışa qədər avrokuboklarda iştirak edək. Klublarımızın pley-offda oynaması futbolumuzun inkişafını göstərir. Gələn il 4 klubumuz pley-offda oynaya bilər. İlbəil klubların çıxışı yaxşılaşır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.