27 avqust 2015 14:00
Mirzəbəyov: Panatinaikosu keçmək üçün Bakıdakından daha yaxşı oynamalıyıq
"Qəbələ"nin yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun olacaq. Bu oyun "Qəbələ" üçün tarixi əhəmiyyət kəsb edir. Allah eləsin ki, bu rəqibi də keçək və Avroliqanın qrup mərhələsinə vəsiqə qazanaq. Amma bunun üçün Bakıdakı ilə müqayisədə daha yaxşı oynamağımız lazımdır. Ümid edirəm ki, "Panatinaikos"la oyunda uğurlu nəticəyə imza ata biləcəyik".
