27 avqust 2015 12:30
"Qarabağla matç bizim üçün əsl sınaqdır"
İsveçrənin "Yanq Boyz" klubunun idman direktoru Fredi Bikel Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Bu qarşılaşmaya yaxşı hazırlaşmalıyıq. "Qarabağ"la matç bizim üçün əsl sınaqdır".
Qeyd edək ki, tərəflər arasındakı ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
