27 avqust 2015 12:15
Millimiz bu gün yoxlama oyunu keçirəcək
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, "ABU Arena"da təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.
