27 avqust 2015 11:30

Aleksey Qay: İlk matçın nəticəsi uğurlu sonluğa ümid verir

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- İlk oyundan bir həftə ötüb. Həmin maçtda yararlana bilmədiyiniz qol epizodlarına görə təəəssüflənirsiniz, ya hər şey sizin gözlədiyiniz kimi alındı?
- "Panatinaikos"la ilk oyunu "Kəpəz"lə matça qədər unutmuşduq. Həmin oyunu analiz etdik və bir kənara qoyduq.

- "Qəbələ"nin ilk oyunda qol buraxmaması nə qədər yaxşı olsa da, qol vura bilməməsi bir o qədər pisdir...
- İlk oyunun nəticəsinin bizim üçün nə dərəcədə sərfəli olduğunu cavab matçından sonra biləcəyik. Fikrimcə, ilk matçın nəticəsi bizim qrup mərhələsinə vəsiqə qazanmağımıza kömək edə bilər.

- İlk oyunda "Panatinaikos" sizin gözlədiyiniz kimi oynadı?
- Rəqibimiz yaxşı komandadır. Amma həmin oyun göstərdi ki, biz onlarla bərabər səviyyədə mübarizə apara bilərik.

- Yunanları keçə bilməsəniz, pley-offa qədər irəliləmək sizin üçün uğur sayıla bilər?
- İndi bu barədə danışmaq, düşünmək düzgün olmazdı. Daha yaxşı nəticələr haqda düşünmək lazımdır.

- Cavab matçı da ilk oyundakı kimi alınsa, əlavə vaxt olması istisna deyil...
- Bu barədə ümumiyyətlə düşünmürük. Baxmayaraq ki, bütövlükdə hər şeyə hazır olmaq lazımdır.

- Hətta penalti seriyasına da?
- Ən pis halda da yaxşı sonluğa ümid edirik. Mən əsas vaxtda qələbə qazanmağın tərəfdarıyam. Əlavə vaxt olacağı halda da oynayacağıq.

- Çılğınlığı ilə seçilən "Panatinaikos"un azarkeşləri qarşısında oynamaq sizə problem yaratmayacaq?
- Əksinə, belə bir futbol atmosferində oynayacağımız üçün sevinməliyik. Əlbəttə, mən hər kəsin yerinə cavab verə bilmərəm. Amma şəxsən mən belə isti atmosferdə oynamağı xoşlayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.