27 avqust 2015 11:15
Toni Adams: Panatinaikosu keçmək üçün qol vurmaq lazımdır
"Qəbələ"nin idman direktoru Toni Adams Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçiriləcək cavab matçı öncəsi (ilk oyun 0:0) fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Amma bu rəqibi keçmək şansımız var. Baxmayaraq ki, "Panatinaikos" çox güclü rəqibdir. Onlar çempionat çərçivəsində keçirdikləri sonuncu oyunu qələbə ilə başa vurublar. Bu rəqibi keçmək üçün ilk növbədə qol vurmağımız lazımdır. Baş məşqçi Roman Qriqorçuk öz işini bilir. O, hücumda da nəyi necə etmək lazım olduğunu bilir".
