28 avqust 2015 00:53

Qəbələ də Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı!

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız son olaraq Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0).

Bu dəfə isə "Qəbələ" Yunanıstan nəhəngi "Panatinaikos"la mübarizə aparırdı. Bakıdakı ilk oyunda qolsuz heç-heçəyə razılaşan Roman Qriqorçukun komandası Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazmaq üçün səfərdə ən azı qollu bərabərliyə nail olmalıydı. Çətin səfərdə çıxış etməsinə baxmayaraq, çox möhtəşəm oyun sərgiləyən komandamız iki dəfə hesabda önə keçdiyi oyunu 2:2 hesabıyla başa vurmağa nail olub. Nəticədə, "Qəbələ" tarixi ərzində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunu)
27 avqust

“Panatinaikos” - “Qəbələ” - 2:2 (1:1)
Qollar: Dodo, 6 (0:1). M.Berq, 34 (1:1). Dodo, 60 (1:2). Nano, 78 (2:2).
Sarı vərəqə: V.Vernidub, 39. M.Berq, 40. Zeka, 52. A.Qay, 63. Nano, 73. Rikardinyo, 78. S.Tavlaridis, 90+1.
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Tomaş Mokoş, Peter Kraloviç (Slovakiya).
Afina. Apostolos Nikolaidis adına stadion.
İlk oyun - 0:0.

"Panatinaikos": 15. Luk Stil, 4. Giorgos Kutrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28. Xristos Burbos (8. Tassos Laqos, 77), 10. Zeka (k), 29. Sotiris Ninis, 32. Daniyel Pranyiç (33. Mladen Petriç, 66), 9. Markus Berq, 19. Nikos Karelis (7. Viktor Klonaridis, 67).
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 14. Abdul Ayaqun, 23. Nikos Kaltsas.
Baş məşqçi: Yannis Anastaiu.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets (4. Elvin Camalov, 86), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo (k), 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 5. Georgi Floresku, 11. Asif Məmmədov, 17. Qismət Alıyev, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.