27 avqust 2015 22:48

Qarabağ daha bir tarix yazdı: ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində!

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, son Azərbaycan çempionu bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb.

Ağdamlıların pley-off mərhələsindəki rəqibi də ciddi komandaydı. "Qarabağ" bu mərhələdə İsveçrə "Yanq Boyz"unu mübarizədən kənarlaşdırmalıydı. Qurban Qurbanovun komandası səfərdə baş tutan ilk oyunda qələbə qazandığından, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqəni rəsmiləşdirməyə çox yaxın idi. Gözlənildiyi kimi, ağdamlılar sürprizə imkan verməyiblər və Azərbaycan futbolu tarixində ilk dəfə ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsinə çıxıblar.

Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunu)
27 avqust

"Qarabağ” - "Yanq Boyz" - 3:0 (2:0)
Qollar: R.Almeyda, 4-pen. (1:0). Reynaldo, 43 (2:0). Ə.İsmayılov, 61 (3:0).
Qırmızı vərəqə: S.F.Bergen, 3.
Sarı vərəqə: A.Qonsales, 16. L.Bertone, 51. R.Almeyda, 51. F.Haderqyonay, 88.
Hakimlər: Gediminas Majeyka, Vitautas Şimkus, Vitenis Kazlauskas, Sergey Sliva (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev (6. Vüqar Mustafayev, 85), 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 71), 77. Cavid Tağıyev (91. Coşqun Diniyev, 78), 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 7. Namiq Yusifov.
Baş məşqçi: Qurban Qurbanov.
"Yanq Boyz": 18. Yvon Mvoqo, 3. Florent Haderqyonay, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 23. Skott Satter, 6. Leonardo Bertone, 7. Miraləm Süleymani (29. Rafael Nutsolo, 65), 28. Denis Zəkəriyyə, 30. Aleksandr Qonsales, 31. Yuya Kubo (14. Milan Qayiç, 80), 99. Gilyam Oaro (77. Samuel Afum, 54).
Ehtiyat oyunçular: 1. Marko Volfli, 8. Yan Leçyaks, 21. Aleyn Roşa, 20. Haris Tabakoviç.
Baş məşqçi: Harald Qamperle.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.