26 avqust 2015 19:20
Petar Zlatinov: İnterə qayıtmayacağam
Bolqarıstanlı yarımmüdafiəçi Petar Zlatinov "İnter"ə keçidinin alınmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"ə qayıtmağı çox istəyirdim. Lakin alınmadı. "İnter"ə yəqin ki, qayıtmayacağam. Hansı klubda oynayacağımı da müəyyənləşdirməmişəm. Böyük ehtimalla Bolqarıstanda qalıb, burada özümə klub tapacağam".
