26 avqust 2015 17:00

Kramarenko: Bir səhvə görə Aqili əsas heyətdən kənarlaşdıra bilmərik

"Neftçi"nin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi

- Sizcə, yığmamızın baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Səlahət Ağayevlə Kamran Ağayevdən hansına güvənməlidir?
- Buna mən qərar vermirəm. Buna Prosineçki ilə qapıçılarla işləyən məşqçi Faiq Əzizov qərar verəcək. Məsuliyyətli məsələdir. Çünki yığmamızı Xorvatiya kimi çətin rəqiblə oyun gözləyir.

- Bəs siz kimi məsləhət görərdiniz?
- Siz niyə Aqil Məmmədovdan danışmırsınız? Axı o da yığmaya dəvət alanlar arasındadır.

- Axı Aqil ustalıq baxımından Səlahətlə Kamrandan geri qalır...
- Mən belə deməzdim. Bunu "Neftçi"də çalışdığım üçün demirəm. Bu qapıçıların ustalıq səviyyələri arasında fərq görmürəm. Kimsə çıxışda daha güclüdür, kimsə ayaqla yaxşı oynayır. Bu üzdən də çox ciddi fərq olduğunu düşünmürəm.

- Seçimi siz etməli olsaydınız, hansı qərarı verərdiniz?
- Seçmə mərhələ oyunlarında demək olar ki, Kamran bir nömrə olduğunu göstərib. Səhv etmirəmsə, Səlahət cəmi bir dəfə meydana çıxıb.

- "Neftçi" 33 yaşlı qapıçı Mixal Peskoviçi dəvət etməklə Aqil Məmmədovun yığmaya yolunu kəsmir ki?
- Aqil "Neftçi"nin qapısını qoruyur. Özü də bir nömrə olduğunu normal şəkildə isbatlayır. Heç kim Peskoviçin əsas heyətdə oynayacağına zəmanət verə bilməz. Bunun üçün o, özünü sübut etməlidir.

- "Sumqayıt"la oyunda buraxılan qol Aqilin şanslarını azaltmır?
- Biz onu bir səhvə görə heyətdən uzaqlaşdıra bilmərik. Neçə dəfə komandanı qoldan xilas etdi? Hazırda "Neftçi"nin bir nömrəsi Aqil Məmmədovdur. Qapıçı mövqeyində dəyişikliyə ehtiyac olduğunu düşünmürəm. "Sumqayıt"a qalib gəldik. Yaxşı oyun sərgilədik.

- Xorvatiyanın Bakıya hansı heyətlə gəldiyini nəzərə alsaq, 0:6 hesablı məğlubiyyətin təkrarlanması mümkündür?
- Xorvatiya şübhəsiz ki, yaxşı komandadır. 100 faiz əminəm ki, komandamız onlara qarşı doğma meydanda layiqli mübarizə aparacaq. Mən ən yaxşısına ümid edirəm.

- Sizcə, Avroliqadakı klublarımızın hər ikisi qrup mərhələsinə vəsiqə qazana biləcək?
- Hər iki komandamızı qrup mərhələsində görmək istəyərdim. "Qarabağ" səfərdə uğur qazana bildi. Üstəlik, yaxşı oynadı. "Qəbələ" də bura qədər irəliləməklə ciddi adım atdı. Evdəki qolsuz heç-heçəyə baxmayaraq, hər şeyə Afinada aydınlıq gələcək. Hər iki klubumuza azarkeşlik edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.