26 avqust 2015 15:00
Harald Qamperle: Qarabağa qol vurmaq üçün daha 90 dəqiqəmiz var
İsveçrənin "Yanq Boyz" klubunun baş məşqçi əvəzi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandamız ancaq uğura köklənib. Uşaqlar məşqlərdə çox çalışıblar. Qarşıda bizim "Qarabağ"a qol vurmaq üçün daha 90 dəqiqəmiz var".
Qeyd edək ki, "Qarabağ" ötən həftə bu rəqibinə 1:0 hesabıyla qalib gəlib. Cavab matçı isə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
