26 avqust 2015 14:40
Yanq Boyzun futbolçuları Bakı gəzintisinə çıxdı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan İsveçrənin "Yanq Boyz" klubu ötən gündən Bakıdadır. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında Bern təmsilçisinin futbolçuları Azərbaycan paytaxtını gəzintiyə çıxıblar.
Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı cavab matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasındakı ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

