26 avqust 2015 14:20
Rikardinyo: Panatinaikos ilə cavab matçında müsbət nəticəyə ümidliyik
"Qəbələ"nin yarımmüdafiəçisi Rikardinyo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Amma biz ancaq müsbət nəticəyə ümid edirik. Əks halda heç səfərə çıxmağımızın mənası olmazdı. "Qəbələ"nin "Panatinaikos"a qarşı mübarizə aparmaq üçün kifayət qədər gücü var. Ümid edirəm ki, öz oyunumuzu göstərməyi bacaracağıq".
