26 avqust 2015 13:00
Yunanıstanda yaşayan azərbaycanlılar Qəbələyə müraciət etdi
"Qəbələ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubu ilə səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamız Yunanıstanda yaşayan bir qrup həmyerlimizin dəstəyini hiss edə biləcək.
Belə ki, bu məqsədlə sözügedən ölkədə yaşayan azərbaycanlılar "Qəbələ" klubuna müraciət ediblər. Onlar klub rəhbərliyindən "Panatinaikos"la cavab matçı üçün bilet istəyiblər. Klub 10 həmyerlimiz üçün bilet təşkil edəcək. Amma onların sayının çox olması da istisna edilmir.
Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" matçı sabah Afinada keçiriləcək və saat 23:00-da start götürəcək. Tərəflər arasındakı ilk oyunda qol vurulmamışdı.
