26 avqust 2015 12:00

Rəşad Sadiqov: Qəbələ vaxtilə APOEL-i keçən Neftçidən daha şanslıdır

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə cavab matçı öncəsi azerisport.az saytına müsahibəsi

- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Biz bu komanda ilə birinci oyunda qələbə qazana bilərdik. Bunun üçün kifayət qədər imkanımız da oldu. Amma qolsuz heç-heçə də pis nəticə sayılmamalıdır. Öz meydanımızda qol buraxmamağımız çox vacib idi. Səfərdə qol vurub, mərhələ adlamağa çalışacağıq.

- Sizcə, bu komandanı keçmək olar?
- Bəli, tamamilə keçiləsi rəqibdir. Başa düşürük ki, çətin olacaq. Onlar öz meydanlarında daha aqressiv futbol sərgiləyəcəklər. Amma biz onlardan qorxmamalıyıq. Öz futbolumuzu sərgiləyib, bizə lazım olan nəticəni qazanmalıyıq. Son şansımızdır. Belə bir şansı əldən vermək olmaz.

- Sonuncu dəfə Avroliqanın pley-off mərhələsində "Neftçi"nin heyətində Kipr APOEL-inə qarşı oynamısınız...
- O vaxt öz meydanımızda 1:1 hesablı heç-heçəyə razılaşmışdıq, amma səfərdə 3:1 hesabıyla qalib gəldik. O vaxt da rəqibimiz güclü komanda idi. İndi bizim şansımız həmin dövrdəki ilə müqayisədə daha çoxdur. Niyə də yenidən səfərdə qalib gəlib, mərhələ keçməyək?

- Elə isə proqnozunuz necədir?
- Futbolda çoxlu sürpriz olur. Ona görə də nəyin necə olacağını öncədən proqnozlaşdırmaq çox çətindir.

- "Qəbələ" ilə yanaşı, "Qarabağ" da Avroliqanın qrup mərhələsinin bir addımlığındadır. İki Azərbaycan klubunun eyni vaxtda qrupa vəsiqə qazanıb, tarix yazması mümkündür?
- Azərbaycan futbolu üçün bu, çox böyük uğur olar. Bu, o deməkdir ki, avrokubokların cari mövsümündə qitənin daha altı güclü klubu Azərbaycana səfər edəcək.

- "Panatinaikos"la oyundan sonra Xorvatiya və Malta ilə seçmə mərhələ görüşləri var. Artıq bu barədə düşünürsünüz?
- Düzünü desəm, indi hələ onun vaxtı deyil. Qrup mərhələsinə vəsiqə qazanaq, ondan sonra milli komanda barədə düşünərik (gülür).

- Topaz Premyer Liqasının cari mövsümündə çempionluq uğrunda mübarizə "Qarabağ"la "Qəbələ" arasında gedəcək?
- Mümkündür ki, bu mübarizəyə "İnter"lə "Xəzər Lənkəran" da qoşulsun. Cənublular ilk üç turda yeni transferləri olmadan mübarizə aparırdı. Bundan sonrakı matçlarda isə tam heyətlə oynayacaqlar. Məncə, çempionluq mübarizəsinin hansı klublar arasında gedəcəyini 7-8 turdan sonra daha dəqiq söyləmək mümkün olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.