Elvin Yunuszadə: Yanq Boyz ilə cavab matçı Berndəkindən daha çətin olacaq
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi şanslarını dəyərləndirib, Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün vacib olan hər oyunda qələbə qazanmaqdır. AZAL yaxşı komandadır. Orada çoxlu gənc futbolçu var ki, hər oyunda xarakter nümayiş etdirirlər. Ona görə də bizə çətin oldu. Mən Yusifovla birgə ilk dəfə müdafiənin mərkəzində oynayırdım. Amma heç bir çətinlik hiss etmədim.
"Yanq Boyz"la cavab matçına gəlincə, bu, güclü komandadır. Öz oyun üslubu ilə seçilir. Bakıda bizə Berndəkindən daha çətin olacaq. Amma biz bu görüşdə sonadək mübarizə aparacağıq. Ümid edirəm ki, qrup mərhələsinə vəsiqə qazanacağıq".
