26 avqust 2015 00:05
Qarabağ yenə mərkəzi arenada məşqdən imtina etdi
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı cavab matçı öncəsi son məşqini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda etməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb qazonu elə də ideal vəziyyətdə olmayan stadionu daha da acınacaqlı vəziyyətə gətirməməkdir.
Xatırladaq ki, "Qarabağ" Şotlandiya "Seltik"i ilə cavab matçı zamanı da belə addım atmışdı. Qurban Qurbanovun komandası oyuna qədərki bütün məşqlərini öz bazasında həyata keçirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Yanq Boyz" matçı avqustun 27-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bu klublar arasında Berndə keçirilmiş ilk oyunda Ağdam klubu 1:0 hesabıyla qalib gəlib.
