25 avqust 2015 20:00
Tassos Laqos: Qəbələyə qalib gəlməyə çalışacağıq
Yunanıstanın "Panatinaikos" klubunun yarımmüdafiəçisi Tassos Laqos Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Son iki həftə bizim üçün asan alınmadı. "Panaitolikos" üzərindəki səfər qələbəmiz bizə əlavə ruh yüksəkliyi qazandırdı. Fasiləyə qədər bizi daha iki oyun gözləyir. Öncə "Qəbələ" ilə Avropa Liqasındakı cavab matçı, arından isə "Kalloni" ilə oyun. Onların hər ikisində qələbə qazanmağa çalışacağıq".
