25 avqust 2015 19:40
Qarabağın rəqibi Bakıya yola düşdü
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la cavab oyunu keçirməli olan İsveçrənin "Yanq Boyz" klubu bu gün Berni tərk edərək, Azərbaycana yola düşüb. Azerisport.az sizi ağdamlıların rəqibinin səfər hazırlığından görüntülərlə tanış edir.
Qeyd edək ki, "Yanq Boyz"la "Qarabağ" arasındakı ilk oyunda Azərbaycan çempionu 1:0 hesabıyla üstün olmuşdu. Cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.






