25 avqust 2015 19:00
Dodo: Panatinaikosla cavab matçı həyatımızın oyunu olmalıdır
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tam olaraq qarşıdakı oyuna köklənmişik. Bu, bütün həyatımızın oyunu olmalıdır. Asan olmayacağını bilirik. Amma futbolda mümkünsüz heç nə yoxdur. Biz pley-off mərhələsinə qədər irəliləmişik. Bununla kifayətlənmək istəmirik. "Panatinaikos" böyük klubdur. Lakin biz onlarla oyunda səhv buraxmamalıyıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik".
