Öncə Yannis Anastasiu, sonra Roman Qriqorçuk
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubları arasında keçiriləcək cavab matçından öncə mətbuat konfransları və komandaların oyunöncəsi son məşqləri baş tutacaq. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun Afinada jurnalistlərlə görüşü yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 22:30) start götürəcək. Bundan yarım saat sonra isə ukraynalı mütəxəssis komandsını son məşqə çıxaracaq.
"Panatianikos"un baş məşqçisi Yannis Anastasiu isə yerli vaxtla 15:45-də mətbuat konfransı keçirəcək, 17:30-da da komandasını son məşqə çıxaracaq.
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasındakı cavab matçı avqustun 27-də Afinada keçiriləcək. Tərəflər arasında Bakıda keçirilmiş ilk oyun 0:0 hesabıyla başa çatmışdı.
