25 avqust 2015 17:00
Azərbaycan Slovakiyanı yenilənmiş arenada qəbul edəcək
Futzal üzrə Azərbaycan və Slovakiya yığmaları arasında Avropa çempionatına vəsiqə uğrunda ilk pley-off matçının keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma sentyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək.
Hansı ki, Avropa Oyunları ilə əlaqədar bu arenada da yenidənqurma işləri aparılıb. Oyun saat 21:00-da start götürəcək.
Qeyd edək ki, cavab görüşü sentyabrın 22-də Slovakiyada keçiriləcək.
