25 avqust 2015 16:40
Elvin Məmmədov: Özümüzü qrup mərhələsində hiss etməməliyik
"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızı qələbə münasibətilə təbrik edirəm Oyun kifayət qədər çətin alındı. Heyətdə yeni futbolçular çox idi. Bu baxımdan xeyli çətinlik çəkdik. Top itkiləri çox idi. Amma tədricən özümüzü toparladıq və qalib gəldik. Qarşıda bizi "Yanq Boyz"la oyun gözləyir. Özümüzü artıq Avroliqanın qrup mərhələsində hiss etməməliyik. Futbolda hər şey olur. Ümid edirəm ki, özümüzü və Azərbaycan xalqını sevindirə biləcəyik".
