25 avqust 2015 16:20
Rasim Ramaldanov: Xəzər Lənkəran daha güclü olacaq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz oyuna yaxşı başlamışdıq və doğma meydanda 3 xal qazanmaq istəyirdik. Bu, bizim turnir cədvəlində liderlər qrupunda yer almağımıza kömək edəcəkdi. Amma oyun istədiyimiz kimi getmədi və sonra iki xal itirdik. Qarşıda çox oyun var. Həmin oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. "Qarabağ"la oyuna qədər yeni transferlərimiz də sırada olacaq. Komandamız ondan sonra daha güclü olacaq".
