25 avqust 2015 13:15
AZAL və Neftçi futbolçularına görə cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
AZAL - “Qarabağ” matçının 77-ci dəqiqəsində AZAL-ın futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Neftçi” - “Sumqayıt” matçında “Neftçi”nin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
