XL həm futbolçularına, həm də azarkeşlərinə görə cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
"Xəzər Lənkəran” - “Rəvan” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 48-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
AZAL – “Qarabağ” matçının 82-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qəbələ” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Zirə” – “İnter” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
