25 avqust 2015 12:30

Ermin Zets: Ümid edirəm ki, bu hələ başlanğıcdır

Topaz Premyer Liqasının 3-cü turunun “Kəpəz”lə oyununda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” 3 xalı Ermin Zetsin qolu ilə qazandı. Azerisport.az xəbər verir ki, “qırmızı-qara” formada ilk qolunu vuran bosniya və herseqovinalı hücumçu qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:

“Kəpəz”lə oyunumuz çətin keçdi. Rəqib güclü, yaxşı komandadır. Bizə xeyli çətinliklər yaşatdı. Xoşbəxtlikdən rəqibin qol vurmaq cəhdləri alınmadı. Bəlkə də biz daha çox komandamız üçün tarixi əhəmiyyət kəsb edən “Panatinaikos”la matçı düşünürdük. Bu üzdən də çətin oldu. “Kəpəz”lə qarşılaşmanın taleyini vurduğum qol həll etdi. Yeni klubumda qol hesabımı açdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdır və qollarımın davamı gələcək. Amma hər şeydən vacib olan komandamızın qələbəsidir”.

Bosniya və Herseqovina millisinin AÇ-2016-nın sentyabrda keçiriləcək seçmə oyunlarına dəvət alan futbolçu “Qəbələ”nin növbəti oyunu haqda da danışıb. O, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Yunanıstandakı matç haqda fikirlərini bölüşüb:

“Panatinaikos”la cavab qarşılaşmasında çox çətin oyun olacaq. Rəqib favorit sayılsa da, inanıram ki, biz də yaxşı oyun göstərəcəyik. Mərhələ keçmək üçün özümüzə inanmalıyıq və bacarığımızın 100 faizini meydanda qoymalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.