25 avqust 2015 11:00
Ufuk Budak 90 dəqiqə oynadı, komandası yenə 1 xal qazandı
Türkiyə PTT 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yeni Malatyaspor"la qarşılaşıb. Matçda hesab açılmayıb - 0:0. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 2 xalla 12-ci yerdə qərarlaşıb.
