25 avqust 2015 01:20
İsrafilovsuz Eybar qələbə ilə başladı
İspaniya La Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən klub səfərdə Eddinin sabiq komandası "Qranada"nın qonağı olub. Matç futboçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 3:1.
Qeyd edək ki, zədədən əziyyət çəkən İsrafilovun adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
