25 avqust 2015 00:20
Abbas Hüseynov: Nəticə bizim istədiyimiz kimi olmadı
"İnter"in müdafiəçisi Abbas Hüseynov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:
"Nəticə bizim istədiyimiz kimi olmadı. Qol vurmaq üçün şanslarımız olsa da, yararlana bilmədik. Gələcək oyunlarda bu xal itkilərini kompensasiya etməyə çalışacağıq". (CBC)
