Nurlan Novruzov: Millinin əsas heyət oyunçularından biri olmaq üçün əlimdən gələni edəcəyəm
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:
"Yeni komandamız var. Bir-birimizə daha yaxşı uyğunlaşmağımız, alışmağımız lazımdır. "İnter" güclü komandadır. Hər iki tərəf qol vurmaq, qələbə qazanmaq üçün çox çalışdı. Oyun da yaxşı və maraqlı keçdi. Özümə gəlincə, komandama kömək etmək, bombardir olmaq üçün əlimdən gələni edəcəyəm".
Novruzov Azərbaycan yığmasına dəvət almasından da danışıb: "Yığma komandaya dəvət olunmaq mənim ən böyük arzularımdan biri idi. Baş məşqçi Robert Prosineçkiyə bu dəvətə görə təşəkkürümü bildirirəm. Yığmanın əsas heyət oyunçularından biri olmaq üçün əlimdən gələni etməyə çalışacağam". (CBC)
