24 avqust 2015 17:45

Niko Kovaç: Azərbaycana yenə 6 cavabsız qol vuracağımıza inanmıram

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

"Prosineçki Xorvatiya ilə bağlı hər şeyi bilir. Özü də yığma komandamızda işləmiş adamdır. Onun üçün heç bir sirr yoxdur. Neçə il birgə futbol oynamışıq, münasibətlərimiz əla olub. O, zəif və fərqli bir yığma komandanı öhdəsinə götürməklə ona yeni sima verdi. Bu komandanın artıq öz oyun üslubu var. Prosineçkili Azərbaycan yığması modern, çox ciddi bir komandaya çevrilib. Futbolçu kimi hücumlar qurmaqda necə maraqlı idisə, məşqçi kimi də komandasını top saxlamağa, hücuma atılmağa məcbur edir. Prosineçki "Barselona"nın oyun üslubunu təkrarlamağa çalışır. Lakin sərəncamındakı futbolçular zəif olduğundan onun bütün tələblərini yerinə yetirə bilmirlər".

Kovaç Bakıda da 6:0 hesabıyla qalib gələcəklərinə inanmadığını bildriib: "Osiyekdəki qarşılaşmanın nəticəsinin təkrarlanacağına, altı cavabsız qol vuracağımıza inanmıram. Bakıda tam fərqli oyun olacaq. Matç səfərdə olacaq və mümkündür ki, 35 dərəcə istidə oynayaq. Çətin olacaq. Azərbaycan yığmasında indi hər şey yenidir: motivasiya, inam və Prosineçkinin sehrli əli".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.