Mladen Petriç: Bakıdakı oyunda ehtiyatlı çıxış etdik
Yunanıstanın "Panatinaikos" klubunun hücumçusu Mladen Petriç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Prinsipcə, hərdən öz qapını toxunulmaz saxlamağın yaxşı hal sayıla bilər. Amma təbii ki, ələ düşən qol şanslarının birindən yararlanmağımız daha ideal olardı".
"Səfərdə 1:0 hesabıyla qalib gəlməyimiz bizim üçün ideal nəticə sayılardı. Amma stadionun qazonu elə vəziyyətdə idi ki, orada oynamaq bizim üçün çox çətin oldu".
Petriçin sözlərinə görə, ilk oyunun nəticəsinə baxmayaraq, komandasının Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansı var: "Artıq Afinadakı oyunu düşünməliyik. Cavab görüşündə uğur qazanmalıyıq ki, qrup mərhələsinə vəsiqə qazanaq. Öz meydanımızda oynayacağıq. Səfərdə qol buraxmadığımızdan cavab matçında uğur qazanmaq şansımız da çox olacaq".
"Panatinaikos"un forvardı etiraf edib ki, komandası Bakıda fərqli oyun sərgiləyəcək: "Komandamız səfərdə ehtiyatlı futbol oynadı. Bu, taktiki məsələ idi. Biz baş məşqçinin tapşırdığı kimi oynamağa çalışdıq".
