24 avqust 2015 16:15
Birinci divizionun püşkatma tarixi açıqlandı
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 2015/2016-cı illər mövsümünün püşkatmasının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, püşkatma mərasimi 1 sentyabrda, saat 12:00-da başlanacaq.
Tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.
