24 avqust 2015 15:40
Qəbələ Yunanıstana çarter reysi ilə yollanacaq
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubu ilə cavab matçı keçirməli olan "Qəbələ"nin Afinaya səfər planları açıqlanıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi sözügedən ölkəyə avqustun 26-da, saat 11:00-da birbaşa Qəbələdən çarter reysi ilə yollanacaq.
Qeyd edək ki, "Panatinaikos"la Bakıdakı oyun qolsuz bitmişdi. "Qəbələ"nin bu komanda ilə cavab görüşü avqustun 27-də keçiriləcək.
