24 avqust 2015 15:20
Orxan Sadıqlı: İlk üç turda 5 xal XL üçün uğurlu nəticədir
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları söyləyib:
"Ağır oyun olacağını bilirdik. Ona görə də matça çox ciddi hazırlaşmışdıq. Uşaqlar sonadək mübarizə apardılar və bir xal qazanmağa nail olduq. Lakin iki qırmızı vərəqə almağımız pis oldu. Fikrimcə, ilk üç turda 5 xal qazanmağımız komandamız üçün uğurlu nəticə sayıla bilər".
