24 avqust 2015 13:45

Kaue: Karyeramda ilk dəfə belə halla üzləşirəm

"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirilmiş oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- İki uğurlu əks-hücum təşkil etdik və qollar vurduq. Bundan əlavə də çoxlu qol epizodu yaratdıq. Amma onlardan yararlana bilmədik. Halbuki, daha çox qol vura bilərdik. Rəqib buraxılan toplardan birinin əvəzini çıxandan sonra çətinliyimiz yarandı. Bütövlükdə, maraqlı görüş idi.

- Birinci hissədə parlaq oyun sərgiləyə bilməməyiniz "Sumqayıt"dan asılı idi, ya istiyə görə?
- Erkən qol vursaydıq, oyun tam fəqli cərəyan edə bilərdi. Razıyam ki, biz birinci hissədə daha sürətli və fəal oynaya bilərdik.

- Aç-2016-nın seçmə oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə sizin üçün nə dərəcədə faydalı ola bilər?
- Belə təcrübə mənim xoşuma gəlmir. Biz artıq sürət yığmışıq, amma indi belə bir fasilə ilə üz-üzəyik. Özü də qələbə qazandığımız oyundan sonra.

- Karyeranız ərzində başqa ölkələrdə belə bir halla üzləşməmisiniz?
- Yığmalara görə fasilə olurdu. Amma belə 20 günlük yox. Belə halla ilk dəfə rastlaşıram.

- "Neftçi"nin yeni qapıçı və hücumçu almasını necə qarşıladınız?
- Hücumçunu hələ görməmişəm. Amma qapıçı təcrübəlidir. Bizə qədər yaxşı klublarda oynayıb.

- Bu mövsüm qol vurmaqda çətinlik çəkirsiniz. Yeni hücumçu ilə bu problemin həll olunacağına inanırsınız?
- Yaxşı hücumçu olsa, təbii ki, bizə köməyi çox dəyəcək. Mövsüm uzundur. Zədəlilər ola bilər. Komandaya kömək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.