24 avqust 2015 11:30

Əfran İsmayılov: Qrup mərhələsindən danışmaq hələ tezdir

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Maraqlı görüş alındı. Yaxşı oynadıq və layiqli qələbə qazandıq.

- Deyəsən, öz oyununuzdan razı qalmamısınız...
- Mən komanda ilə birgə toplanış keçə bilmədim. Həmin vaxt Bakıda idim. Bu, oyunuma təsirini göstərir. Toplanışda iştirak etməyən futbolçu üçün mövsüm həmişə çətin keçir. Hiss edirəm ki, geri qalıram. Amma baş məşqçi sağ olsun ki, mənə oynamaq şansı yaradır. Əlimdən gələni edirəm ki, onun etimadını doğruldum.

- Meydana xeyli gənc oyunçu ilə çıxmağınız qələbə qazanmağınıza problem yaratmadı...
- Hə, onların çoxu ilə birgə oynamamışdım. Amma hamısı baş məşqçinin inamını doğrultdu. Şadam ki, qələbə qazandıq.

- "Qarabağ"ın bu heyətlə çempionatda uğur qazanması çətin olmayacaq?
- Əsas heyətin oyunçularına istirahət verilmişdi. Çünki yorğunluq var idi. Oyunlar arasındakı fasilə 5-6 günlük olsaydı, onlar meydana çıxardılar.

- Əlhərbi Əl-Jadeyuinin zədələnməsi sizin özünüzü göstərməyiniz üçün şans sayılai bilər?
- Futbolçularımızdan hansınınsa zədə almasını istəməzdim. Əlbəttə, zədədən qaçmaq çox çətindir. Sabah mən də zədə ala bilərəm, digər futbolçumuz d. On görə də buna görə oynamağımı şans adlandırmazdım. Əlhərbi zədəli olmayanda da hər ikimiz oynayırdıq. Qrafik çox gərgindir. Ona görə birimiz avrokubok, digərimiz çempionat oyununda meydana çıxır. Baş məşqçi necə qərar versə, elə də olur.

- İsveçrə "Yanq Boyz"u üzərində 1:0 hesablı səfər qələbəsindən sonra "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqənin taleyinə 60-70 faiz aydınlıq gətirdiyini demək olar?
- Fikrimcə, hələ bu barədə danışmaq tezdir. Mən həmin oyunu kənardan izləyirdim. Biz birinci hissədə hücum edə bilmirdik. Rəqib isə qol vəziyyətləri yaratmasına baxmayaraq, yararlana bilmədi. Çətin qarşıdurmadır. İsveçrəlilərin qarşısını almaq çox çətindir.

- Siz Bakıdakı oyunun da çətin keçəcəyini düşünürsünüz?
- Təbii ki. "Yanq Boyz" daha çox hücum etməyə, qol vurmağa çalışacaq. Biz isə qapımızı toxunulmaz saxlamağa çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.