24 avqust 2015 00:50

Aqil Məmmədov: Əvvəlki turlarda qələbə qazana bilməməyimizin səbəbini özümüz də bilmirik

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Uşaqları təbrik edirəm. Bu gün yaxşı oynadılar. İsti havaya baxmayaraq, öz futbolumuzu sərgiləyə bildik. Tədricən özümüzə gəlirik. Gələcəkdə daha yaxşı olacağını düşünürəm.

- Bəs ilk iki turda niyə qələbə qazana bilmirdiniz?
- Özümüz də başa düşmürük. Belə hər şey yaxşıdır. Bizim üçün hər cür şərait yaradılıb. Meydanda isə heç nə alınmırdı. Oynamaq lazım idi. Bu gün öz oyunumuzu göstərməyi bacardıq. Baxmayaraq ki, matçın sonunda yorulmuşduq. Amma bunu isti hava ilə əlaqələndirmək olar.

- Bəlkə, heyətlə bağlı problem var idi?
- Düzdür, heyətdə çatışmazlıqlar var. Gənclərimiz çoxdur. Təcrübəli futbolçular da lazımdır.

- Buraxılan qolu necə şərh edərdiniz?
- Mənim səhvimdən qol buraxdıq. Mən elə bildim hakim qayda pozuntusuna görə oyunu saxlayacaq. Bu, mənə mane oldu. Zərbəyə hazır deyildim. Komandamız mənə görə uduzsaydı, özümü bağışlaya bilməyəcəkdim.

- Slovakiyalı yeni qapıçı - Mixal Peskoviç barədə nə deyə bilərsiniz?
- Ona uğurlar arzulayıram. Rəqabət daha da inkişaf etməyimizə kömək edəcək.

- "Neftçi"yə əcnəbi qapıçı lazım idi?
- Bəli. Təcrübəli qapıçıya həmişə ehtiyac var.

- Azarkeşlərin bu oyuna az maraq göstərməsini necə şərh edərdiniz? Yəqin ki, bir həftə öncə baş verənləri unutmayıblar...
- Azarkeşlərimizi başa düşürəm. Amma bu barədə danışmaq istəmirəm. Onları qələbələrimizlə sevindirmək istəyirik.

- Azərbaycan yığmasına siz də dəvət almısınız?
- Bu dəvətə görə şadam. Ümid edirəm ki, uğurlu oyunlar keçirə biləcəyik. Xorvatiya ilə ev oyununda heç-heçə, Malta üzərində səfərdə qələbə çox yaxşı olardı. Xalqımız uğurlu nəticələrə layiqdir.

- Millidəki əsas rəqibiniz Kamran Ağayev Türkiyənin "Karşıyaka"nın heyətindəki debüt matçında uğursuz çıxış etdi. Robert Prosineçkinin sizə əsas heyətdə şans verəcəyini gözləyirsiniz?
- Buna baş məşqçi qərar verir. Kimin oynamasının fərqi yoxdur. Əsas qələbə qazanmaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.