24 avqust 2015 00:10

Şahin Diniyev: 3 oyuna 2 xal qazanmaq acınacaqlıdır

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk növbədə gəncəli azarkeşlərə təşəkkür edirəm. Fanatlar bu gün komandamızın arxasında durdular, məğlubiyyətə baxmayaraq, futbolçulara dəstək oldular. Düşünürəm ki, bu gün nə biz, nə də “Qəbələ” məğlubiyyətə layiq idi. Sadəcə, 1 dəfə səhv etdik və rəqib qol vurdu. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrupunda oynamağa layiq komandadır. Mən də öz komandama görə utanmıram. “Kəpəz” hazırda pis çıxış etmir. Xallar və qələbər gələcək. Sadəcə, zamana ehtiyac var. Zamanı isə tələsdirmək vacib məsələdir. Komandamız hazırda düzgün oynayır və qığılcımlar, işıq ucu görünür. Yaxşı nəticələr uzaqda deyil.

Bildiyiniz kimi, komanda yeni formalaşıb. Heyətdə yer alan futbolçulardan 4 nəfər bizə gec qoşulub. Bunların hər biri hücumda çıxış edir. Dario, Juninyo, Soltanov və Sitnik buna görə fiziki cəhətdən əziyyət çəkir. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranacaq fasilədən istifadə edib, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, mən çox istərdim ki, yeni oyunçular alaq. Amma büdcəmiz hələ ki, buna imkan vermir. Kiçik büdcə ilə böyük klub yaratmaq çətindir. Transfer məsələsində tələsmək olmaz. Transfer xətrinə transfer etmək istəmirik.  Mən hesab edirəm ki, 5, 6 turdan sonra hər komanda öz yerini tutacaq. Hazırda isə etiraf edim ki, 3 oyuna 2 xal qazanmaq acınacaqlıdır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.