23 avqust 2015 22:30
Millimizin müdafiəçisi oynadı, komandası məğlub oldu
İsveç çempionatında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Elfsborq"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Emin sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kalmar" hazırda 22 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.
