23 avqust 2015 18:30
Neftçinin fan-klubları Sumqayıtla oyunu boykot etdilər
"Neftçi" bu dəqiqələrdə Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Sumqayıt"la qarşılaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubunun fanatları bu qarşılaşmanı boykot edərək, stadiona getməyiblər.
Buna səbəb ötən tur "İnter"ə məğlubiyyətə etiraz edən bir azarkeşin stadiona daxil olarkən Araz Abdullayev və Rahil Məmmədovla dalaşması, nəticədə polislər tərəfindən həbs olunmasıdır. Qeyd edək ki, həmin azarkeşə 5 sutkalıq həbs verilmişdi. Bütün bunlara etiraz edən klubun fan-klublarının hamısı "Sumqayıt"la görüşü boykot etməyə qərar veriblər.
