23 avqust 2015 13:30
Qarabağın rəqibi Siona qarşı
Bu gün İsveçrə çempionatında 6-cı turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxacaq.
Bern təmsilçisi səfərdə "Sion"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Yanq Boyz" ölkə çempionatında hazırda 6 xalla 10 klub arasında 6-cı yerdə gedir. "Qarabağ"la bu klub arasında səfərdə keçirilmiş ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü isə avqustun 27-də Bakıda keçiriləcək.
