Roman Qriqorçuk: Kəpəzlə oyunda heyətlə bağlı dəyişiklər edəcəyik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mətbuatdan oxumuşam ki, biz son oyunlarda əvvəlki matçlardakı qədər inamlı çıxış etmirik. Amma bu fikirlərlə razı deyiləm. "Panatinaikos"a qarşı yaxşı oynadıq. Üstəlik, rəqib də çox güclü idi. Bizim müəyyən oyun səviyyəmiz var. Sadəcə, bu dəfə rəqib güclü olduğundan, zəif çıxış etdiyimiz görüntüsü yaranır. Peşəkarlar bunu başa düşürlər. Artıq həmin oyunu analiz etmişik. Uşaqları da sərgilədikləri oyuna görə təriflədim. "Kəpəz"lə oyunda heyətlə bağlı dəyişikliklər edəcəyik. Əminəm ki, meydana çıxacaq bütün futbolçular yaxşı oynamağa çalışacaqlar".
