23 avqust 2015 12:30

Kəpəzlə Qəbələnin 9-cu dueli

Topaz Premyer Liqasının 3-cü turunun bu gün keçiriləcək oyununda “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən öncə baş tutacaq qarşılaşma rəqiblərin 9-cu dueli olacaq.

Belə ki, “qırmızı-qaralar” indiyədək 8 dəfə Gəncə təmsilçisi ilə üz-üzə gəlib. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində keçirilib. Bu oyunlar 3 mövsümə təsadüf edib. 2010-cu il oktyabrın 31-də rəqiblər arasında ilk qarşılaşma baş tutub. Həmin oyunda qalib müəyyənləşməyib – 0:0. Ümumiyyətlə, 2010/11 mövsümündə komandalar 4 dəfə üz-üzə gəlib və bütün matçlar heç-heçə nəticələnib. Yalnız mövsümün 3-cü duelində - 7-12-ci yerlər uğrunda qarşılaşmada qol qeydə alınıb – 1:1. Digər 3 oyunda 0:0 hesabına təsadüf olunub. Qəbələdə vurulan ilk qolun müəllifi qonaqların qapısına yol tapan Murad Hüseynov olub. İlk 4 oyunda “Gəncə” adı altında çıxış edən rəqib sonradan “Kəpəz” adını qaytarıb.

2011/12 və 2012/13 mövsümlərinin hərəsində iki dəfə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Bu 4 oyunun hamısında meydan sahibi olan komanda qalib gəlib. Ümumilikdə rəqiblərin hərəsinin iki qələbə qazandığı duellərdə 4 bərabərlik qeydə alınıb.

Top fərqində “qırmızı-qaralar” üstündür – 7:5. Bu 12 qola ümumilikdə 11 futbolçu imza atıb. Yalnız gəncəlilərin braziliyalı hücumçusu Junivan Suares 2 dəfə fərqlənib. “Qəbələ” evdə keçirdiyi 4 oyundan ilk ikisində heç-heçə edibsə, sonrakı qarşılaşmalarda eyni hesabla qalib gəlib – 2:0. "Qəbələ"nin son 3 ev oyununda 2 qol vurulub. Məhz “Qəbələ”nin meydan sahibi olduğu qarşılaşma rəqiblərin son dueli olmuşdu. Həmin matçdan 1007 gün sonra rəqiblər yenidən üz-üzə gələcək.

2010/11. Premyer Liqa
31.10.2010. “Gəncə” – “Qəbələ” - 0:0

2010/11. Premyer Liqa
27.02.2011. “Qəbələ” – “Gəncə” - 0:0

2010/11. Premyer Liqa
02.04.2011. “Qəbələ” – “Gəncə” - 1:1
Murad Hüseynov, 26 // Junivan Suares, 56

2010/11. Premyer Liqa
12.05.2011. “Gəncə” – “Qəbələ” - 0:0

2011/12. Premyer Liqa
16.10.2011. “Qəbələ” – “Kəpəz” (Gəncə) - 2:0
Deon Barton, 41; Dodo, 53

2011/12. Premyer Liqa
07.03.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 3:2
Sabir Allahquliyev, 72; Yuri Fomenko, 75; Junivan Suares, 87 // Lyuba Baranin, 32; Yannik Kamanan, 85

2012/13. Premyer Liqa
15.09.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 1:0
Bəxtiyar Soltanov, 41

2012/13. Premyer Liqa
19.11.2012. “Qəbələ” – “Kəpəz” (Gəncə) - 2:0
Viktor Mendi, 61; Rəşad Abdullayev, 66 (p.)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.