23 avqust 2015 11:20
Pavel Paşayevli Metallurqu kubokdan uzaqlaşdırdılar
Ukrayna Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da kubokdakı ilk sınağına çıxıb.
Zaporojye klubu səfərdə "Ternopol"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləcə, "Metallurq" mübarizəni elə startdaca dayandırmalı olub.
Qeyd edək ki, Paşayev bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 29-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
