23 avqust 2015 01:00
Ansi Aqolli: Yanq Boyzun güclü hücum xəttinin olduğunu unutmamalıyıq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubu üzərində qələbə qazandıqları (1:0) ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı matç keçirdik. Komandamızın hər bir üzvü baş məşqçinin bütün tapşırıqlarını düzgün yerinə yetirdi. Bizə qarşı güclü komanda, yüksək səviyyəli futbolçular mübarizə aparırdı. "Yanq Boyz"un güclü hücum xətti var və bunu unutmamağımız lazımdır. İsveçrənin ən güclü komandalarından biridir".
