23 avqust 2015 00:30

Ayxan Abbasov: Qarabağ üçün səfərdəki 1:0 hesablı qələbə böyük üstünlükdür

"Qarabağ"ın sabiq müdafiəçisi Ayxan Abbasov bu komandanın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdiyi ilk oyundan (0:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Çox çətin oyun oldu. Rəqib də güclü komanda idi. "Qarabağ" qalib gəlsə də, "Yanq Boyz"a qarşı mübarizə aparmaq çətin idi. Konkret hücum və ya əks-hücum futbolu sərgiləyən komandalar var. Amma "Yanq Boyz"un oyun üslubu çox müxtəlifdir. Ona görə də bu rəqibə qarşı mübarizə aparmaq çətin olur".

"Səfərdə 1:0 hesablı qələbə böyük üstünlükdür. Amma Bakıda çətin olacaq. Ola bilər ki, "Yanq Boyz" "Qarabağ"ı hələ yaxşı öyrənməyib. Amma indi isveçrəlilər Ağdam klubunun zəif və güclü cəhətlərini daha yaxşı bilir. "Yanq Boyz" güclü komandadır. Vaxtilə səfərdə "Fənərbaxça" kimi kluba qalib gəliblər. Amma "Qarabağ"ın da avrokuboklarda böyük təcrübəsi var. Hansı ki, bu, Avroliqadakı digər təmsilçimiz "Qəbələ"də çatışmır. Belə təcrübə toplamaq üçün heç olmasa iki mövsüm qitə arenasında kifayət qədər oyun keçirmək lazımdır".

"İlk oyun göstərdi ki, "Qarabağ" rəqibindən daha yaxşı hazırlıq keçib. Bakıdakı oyunda komandamız daha çox əks-hücumlara üstünlük verəcək. Rəqibin isə ilk dəqiqələrdən hücuma atılacağını gözləmək olar. Düzdür, əksi də mümkündür. Çünki qol buraxacaqları halda işləri daha da çətin olacaq. İstənilən halda öz oyunlarını sərgiləməyə və qol vurmağa çalışacaqlar. "Yanq Boyz" almanlar kimi oynayırlar. Hesabın necə olmasından asılı olmayaraq, sistemlərində dəyişiklik etmirlər. Reynaldonun İsveçrədə qol vurmaq şansları var idi. Sadəcə, süni qazon amili sözünü dedi. Fikrimcə, onun Bakıda da qol vurmaq üçün şansı olacaq".

Abbasov Riçard Almeydanın Berndə vurduğu qoldan da danışıb: "Riçard əla oyun keçirdi. O, "Qarabağ"ın orta sahədəki əsas silahlarından biridir. Qol isə doğrudan da çox gəzl alındı. Onun bu qolu Zaur Həşimovun "Olimpik"ə vurduğu topu xatırlatdı. Zaura da dedim ki, Riçard sənin zərbəni təkrarladı. Sadəcə, Zair sağ ayaqla vurmuşdu, Almeyda isə sol. Gözəl qol alındı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.