23 avqust 2015 00:00
Toğrul Erat 90 dəqiqə oynadı, komandası uduzdu
Almaniya Qərb Regional Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Rödinqhauzen"lə qarşılaşıb. Görüş futbolçumuzun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 5 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.
